16 aktiv xəstə küçədə tutuldu 

12:13 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumatda bildirilib.

 

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.